İyun 24, 2025-0:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AMEA-nın Şəki Regional Elmi Mərkəzi ilə Özbəkistanın İpəkçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlığa başlayıb

2025:05:02 - 12:16
in SOSİAL
A A

Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Seyfəddin Vəliyev, həmin institutun Elm, innovasiyalar və təhsilin inkişafı şöbəsinin müdiri Toxtamurod Atakulov, Kənd Təsərrüfatı Biznes və İnnovasiyalar üzrə Milli Mərkəzin direktoru Şuxrat Otajonov, Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsi Aqrotexnologiyası Elmi-Tədqiqat İnstitutunun direktoru Şadman Namazov, Akademik M.Miqzaueç adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Alijon Esankulov, Tərəvəzçilik, Bostan Bitkiləri və Kartofçuluq Elmi-Tədqiqat İnstitutunun direktoru Rüstəm Nizamov elmi əməkdaşlıq üzrə danışıqların aparılması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) olublar.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Şəki REM-in baş direktoru dosent Yusif Şükürlü ilə keçirilən görüşdə Azərbaycanda və Özbəkistanda ipəkçiliyin mövcud vəziyyəti, baramaçılıq və tutçuluq sahələri üzrə aparılan elmi-tədqiqatlar və onların istehsalata tətbiqi, eləcə də tut ipəkçiliyi, baramaçılıq və barama emalı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Həmçinin 2025-2029-cu illər üçün elmi əməkdaşlığın əsas aspektlərinə dair müzakirə aparılıb, Şəki Regional Elmi Mərkəzi ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutu arasında ipəkçilik sahəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Daha sonra qonaqlar Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin fəaliyyəti ilə tanış olub, baramaçılıq təsərrüfatlarına, barama emalı müəssisələrinə, mövcud və yeni yaradılmış tut plantasiyalarına səfər ediblər.

Sonda qonaqlara Şəki REM-in nəşri olan kitablar hədiyyə edilib.

Əvvəlki Yazı

Azərbaycanda yaşıl enerjinin inkişafı: mövcud vəziyyət və perspektivlər – BDU-da ustad dərsi

Növbəti Yazı

Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.