İyun 23, 2025-10:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda Beynəlxalq Xalça Forumu keçirilib

2025:05:02 - 13:06
in MƏDƏNİYYƏT
A A

Mayın 2-də Bakı Biznes Mərkəzidə Beynəlxalq Xalça Forumu keçirilib. Forum Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

Festivalda 10-dan çox ölkədən 200-ə yaxın qonaq iştirak edir. Əvvəlcə qonaqlar foyedə “Xalça sənətində Heydər Əliyevin əbədi irsi” adlı fotosərgi ilə tanış olublar.

Bütün qonaqları salamlayan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirib.

“Biz artıq ənənəvi olaraq mayın əvvəlində görüşürük, çünki Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə imzalanan Sərəncama görə Azərbaycanda mayın 5-i xüsusi olaraq Xalçaçı Günü kimi qeyd olunur. Çox şadıq ki, belə bir bayram ərəfəsində biz artıq ənənəvi olaraq festival keçiririk. Keçən il biz Milli Xalça Festivalı təşkil etdik. O gözəl uğurun davamı olaraq bu il Beynəlxalq Xalça Festivalına start verdik. Festivala müxtəlif ölkələrdən qonaqlar dəvət olunub. Hər birinizi İçərişəhərdə maraqlı və zəngin proqramlı festival gözləyir”, – deyə E. Məmmədov vurğulayıb.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, xalça sadəcə bir əşya deyil. O, bir millətin yaddaşı, duyğusu, kimliyi və tarixidir. Hər düyünündə bir nağıl, hər naxışında bir sirr gizlənir. Xalça əllə toxunsa da, ürəklə danışır. Onun sözlərinə görə, Azərbaycan xalçaçılıq sənəti əsrlər boyunca dünya mədəniyyətinə öz töhfəsini verib, bu gün də canlı şəkildə yaşamaqda davam edir.

Forumun açılış mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı və Tatarıstan Respublikasının Mədəniyyət sahəsində innovasiyaların tətbiqi və ənənələrin qorunması üzrə Resurs Mərkəzinin direktoru Alsu Miftaxova çıxış edərək forumun işinə uğurlar arzulayıblar. Qeyd edilib ki, bu festival bizə yalnız zəngin xalça ənənəmizi nümayiş etdirmək üçün yox, eyni zamanda, digər xalqların da bu sahədəki mirası ilə tanış olmaq, təcrübə və sənət mübadiləsi aparmaq üçün bir fürsət yaradır.

Sonra forum işini plenar sessiyalarla davam etdirib.

Qeyd edilib ki, bu gündən başlayaraq mayın 4-dək İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına hesablanıb. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı – rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir. Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

“Azərxalça” ASC-nin 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayiş etdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri festivala baş çəkən hər bir kəslə xalçaçılıq sirlərini bölüşəcək, onları ustad dərslərinə qonaq edəcək.

Əvvəlki Yazı

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

Növbəti Yazı

Xalq artisti: Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.