İyun 20, 2025-1:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AMEA-da “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalı təsis edilib

2025:05:02 - 14:42
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalının təsis edilməsi haqqında olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda akademiyanın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə geniş şəkildə çatdırılması, elmi yeniliklərin populyarlaşdırılması, arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində, müasir çağırışlara cavab verən “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan arxeologiyası və antropologiyası) jurnalının təsis edilməsi zərurəti yaranıb. Jurnalda işğaldan azad olunmuş tarixi torpaqlarımızda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də arxeologiya ilə yanaşı, numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur.

Qeyd olunanları nəzərə alaraq, sözügedən jurnalın təsis olunması haqda qərar verilib və redaksiya heyətinin tərkibi təsdiqlənib.

Həmçinin Azərbaycanın maddi-mədəni irsinin təbliği, ölkəmizin müxtəlif ərazilərində aparılan qazıntı işlərinin nəticələri, aşkar edilmiş maddi mədəniyyət abidələri, onların tarixi, aparılan arxeoloji qazıntılar haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Arxeoloji irs” jurnalı təsis edilib və redaksiya heyətinin tərkibi təsdiq olunub.

Əvvəlki Yazı

Fuad Sadıqov: “Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır”

Növbəti Yazı

Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.