İyun 19, 2025-1:20
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Pir Həsən ziyarətgahının təmir-bərpası üçün 550 min manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev mayın 2-də Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının təmir və bərpa işlərinin həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550,0 min manat vəsait ayrılması qərara alınıb. Bu vəsaitin təmir-bərpa işlərinin icrası üçün istifadə edilməsi nəzərdə tutulur.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bu məbləğin maliyyələşməsini təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.