Özbəkistan prezidenti Şavkat Mirziyoyev və rusiyalı həmkarı Vladimir Putin şənbə günü telefon danışığı aparıblar. Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları bu həftə Daşkənddə keçirilən “İnnoprom. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən işgüzar tədbirlərin nəticələrini yüksək qiymətləndiriblər.
“Mayın 3-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin cari məsələləri müzakirə olunub”, – deyə məlumatda bildirilir. (Tass)