İyun 18, 2025-23:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elin Süleymanov: İrəvanla sülh sazişi Bakının təkliflərinə əsaslanır

2025:05:05 - 12:58
in SİYASƏT
A A

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni rəsmi Bakının əvvəllər təklif etdiyi və İrəvanın bu yaxınlara qədər razılaşmadığı şərtlərə əsaslanır.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun “The Telegraph”da dərc olunmuş məqaləsində bildirilib.

Diplomatın sözlərinə görə, Bakı və İrəvan arasında sülh sazişinin yekun mətni üzrə razılığın əldə edilməsi mühüm mərhələdir.

“Sazişin yekun mətni üzrə razılığın əldə edilməsi öz-özlüyündə önəmli mərhələdir, çünki tərəflər arasında vasitəçilik olmadan birbaşa dialoqun səmərəliliyini vurğulayır – bunun səmərəsizliyini indi yalnız adı qalan ATƏT-in Minsk qrupu nümayiş etdirmişdi. Ümid edirik ki, bu, həmçinin Ermənistanda qonşularla möhkəm və qarşılıqlı faydalı münasibətlərin saxta vətənpərvərlikdən və ideoloji xülyalardan azad, məsuliyyətli yanaşma olmadan mümkün olmaması anlayışının artdığını göstərir”, – E.Süleymanov qeyd edib.

Onun sözlərinə görə, davamlı sülhün bərqərar olması üçün təkcə saziş mətni kifayət deyil.

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsində səmimi şəkildə maraqlıdır. Lakin hələ də faktiki olaraq Azərbaycan torpaqlarının ilhaqına çağıran müddəaların yer aldığı Ermənistan Konstitusiyası ciddi maneə olaraq qalır. Bu, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət haqqında sazişin bəndləri ilə birbaşa ziddiyyət təşkil edir. Bundan əlavə, Ermənistanda sülhə qarşı çıxan bir sıra siyasi qüvvələr məhz konstitusiya müddəalarına istinad edərək ərazi iddialarını irəli sürməyə davam edir”, – səfir əlavə edib.

Əvvəlki Yazı

Energetika naziri Ağstafada vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Azərbaycanın dövlət büdcəsinin profisiti 11 %-ə yaxın artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.