Almaniya polisi təhlükəsizlik məqsədi ilə şübhəli, qeyri-qanuni park edilmiş avtomobilə görə Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Berlindəki Federal Təhlükəsizlik Siyasəti Akademiyasında çıxışına mane olub. Bu barədə Finlandiyanın Yle ictimai yayımı məlumat yayıb.
Onun sözlərinə görə, Valtonen artıq akademiyanın binasının yaxınlığında olub və orada təhlükəsizlik siyasəti sahəsində yüzə yaxın ekspert onu gözləyirdi və ona tədbirin ləğv edildiyi bildirilib.
Hazırda Almaniya hüquq-mühafizə orqanları təhlükənin real olub-olmamasını araşdırır. (Tass)