İyun 18, 2025-15:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universitetinin prorektorunun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub

2025:05:05 - 14:58
in SOSİAL
A A

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımovun “Kəsr tərtibli diferensial tənliklər üçün müasir hesablama üsulları” (Modern Computational Methods for Fractional Differential Equations) adlı monoqafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub. Kitabın həmmüəllifləri tanınmış riyaziyyatçılar Hossein Jafari və Haleh Tajadodidir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, kəsr tərtibli diferensial tənliklərin tədqiqi və onun tətbiqi uzun tarixə malikdir. Lakin son zamanlar aparılan tədqiqatlar belə tənliklərin bir çox real prosesləri daha dəqiq modelləşdirdiyini üzə çıxarıb. Bundan sonra kəsr tərtibli tənliklərin öyrənilməsinə maraq ciddi şəkildə artıb və yeni həll üsulları yaradılıb.

Müəlliflərin son illərdə apardıqları tədqiqatların və aldıqları nəticələrin əsasında yazılmış monoqrafiya yeddi fəsildən ibarətdir. Burada kəsr tərtibli diferensial tənliklərin, kəsr tərtibli inteqral tənliklərin və kəsr tərtibli xüsusi törəməli diferensial tənliklərin dəqiq və təqribi həllərinin tapılması üçün Adomian dekompozisiya metodu, homototik həyacanlanma metodu, homotopik analiz metodu, diferensial çevrilmə metodu və variasiya iterasiyası metodu kimi analitik/təqribi metodlar verilib. Kitabda, həmçinin müxtəlif növ kəsr tərtibli diferensial tənliklərin ədədi həlli üçün Adams-Bashforth-Moulton metodu, əməliyyat matrisləri və dalğa metodu kimi bir neçə ədədi üsul da təqdim olunur.

Monoqrafiyanın hər fəslinin sonunda təklif edilən üsulların konkret misallara tətbiqləri, alınan nəticələrin qrafikləri də verilib ki, bu da onun müxtəlif tətbiq sahələrində istifadəsini asanlaşdırır.

Bu kitab kəsr tərtibli tənliklər sahəsində tədqiqatlar aparan alimlər və tələbələr üçün faydalı olacaq.

 

Əvvəlki Yazı

BDU-da “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” simulyasiyası

Növbəti Yazı

Sosial şəbəkədə dələduzluq edən 2 nəfər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.