Rusiya hava hücumundan müdafiə sistemləri Kursk və Belqorod vilayətləri üzərində doqquz pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə mayın 5-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bakı vaxtı ilə saat 21:30-dan 22:00-a qədər Ukraynaya məxsus doqquz təyyarə tipli PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib : beşi Kursk vilayəti, dördü Belqorod vilayəti ərazisi üzərində”, – Telegram kanalında dərc edilən məqalədə deyilir.