İyun 24, 2025-0:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ATU ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

2025:05:06 - 10:09
in SOSİAL
A A
ATU ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.

ATU-dan APA-ya verilən xəbərə görə, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviçi qəbul edib. Həmkarların görüşündə iki təhsil müəssisəsi arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Sonda isə iki universitet arasında əməkdaşlığa dair saziş imzalanıb.

Rektor professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edən beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində həyata keçirilən tədbirlər, son illər əsası qoyulan uğurlu əməkdaşlıqlar haqqında ətraflı danışıb.

Professor G.Gəraybəyli həmçinin ATU-nun beynəlxalq standartlara uyğun tədris proqramı, bu sahədə əldə edilmiş nailiyyətlər, ümumilikdə Azərbaycanda mövcud olan səhiyyə sistemi barəsində qonağa məlumatları çatdırıb.

Azərbaycana səfərindən məmnun olduğunu bildirərək, professor Serqey Rubnikoviç rəhbərlik etdiyi qurumun təhsil sistemi, təcrübə proqramları və universitetdə aparılan islahatlar haqqında ətraflı danışıb.

O, qeyd edib ki, Belarus Dövlət Tibb Universitetində 3000 yaxın əcnəbi vətəndaş təhsil alır və əcnəbi təhsilalanların sayı hər bir universitetin beynəlxalq nüfüzünun göstəricisidir. Qonaq ATU-nun əldə etdiyi uğurlarını yüksək qiymətləndirərək, iki təhsil ocağı arasındakı əməkdaşlıqdan söhbət açıb.

Görüş zamanı mayın 6-8-də Bakıda keçiriləcək Tibb Festivalının əhəmiyyəti vurğulanıb. Sonda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç iki qurum arasında əməkdaşlığa dair sazişi imzalayıblar.

Bu sənəd ATU və BDTU arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsi kimi önəmli müddəaları əhatə edir. Saziş həmçinin səhiyyə və tibb təhsili sahəsində müasir yanaşmaları təşviq etmək məqsədi daşıyır.

Memorandumda iki ali məktəbin tədris proqramlarının təkmilləşdirilməsi, yeni ixtisas və fənlərin inkişafı, beynəlxalq və regional səviyyəli birgə elmi tədbirlərin təşkil olunması da nəzərdə tutulur.

Qeyd edək ki, Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç həmçinin ATU-nun Tədris Stomatoloji Klinikası və Tədris Cərrahiyyə Klinikasını ziyarət edib, burada tələbə və rezidentlərin fəaliyyəti üçün yaradılan şərait, əhaliyə göstərilən tibb xidmətlərinin səviyyəsi ilə tanış olub.

Əvvəlki Yazı

“Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib 

Növbəti Yazı

Azər Badamovun Rusiyaya buraxılmaması ilə bağlı Moskva izahat verməlidir – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.