İyun 28, 2025-15:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanla Misir arasında seysmologiya istiqamətində elmi əlaqələr qurulur

2025:05:06 - 13:12
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri dosent Qulam Babayev Misir Ərəb Respublikasında elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd seysmologiya üzrə elmi əlaqələrin genişləndirilməsi, əməkdaşlıq memorandumunun hazırlanması üzrə müzakirələrin keçirilməsi, gənc kadrların hazırlanmasında təcrübə mübadiləsinin aparılması, birgə məqalələrin çap edilməsi olub.

Azərbaycanlı alim Misirin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutunun direktoru Taha Rabeh, direktor müavini Heşam Mosa, Misir Milli Seysmoloji Şəbəkəsinin direktoru Şerif Mohamed və Əsvan şəhərində yerləşən Zəlzələ Tədqiqat Mərkəzinin əməkdaşları ilə görüşlər keçirib. O, GGİ-də rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti barədə “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müasir yanaşmalar işığında tədqiqatları” adlı geniş təqdimat reallaşdırıb, əldə edilən nəticələr haqqında danışıb, Azərbaycanda seysmologiya elminin əsas prioritet istiqamətlərini diqqətə çatdırıb və şöbədə istifadə edilən üsullar barədə informasiya verib.

Qulam Babayev Misir seysmoloqları ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıb. Seysmologiya sahəsi üzrə ölkələrimiz arasında elmi və texniki əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.

Əvvəlki Yazı

Bild: Merz Almaniya kansleri seçkilərində ikinci tur səsvermədən imtina etdi

Növbəti Yazı

Elmi şurada UNEC-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.