İyun 15, 2025-19:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Baş Prokurorluqda media nümayəndələri və tələbələr üçün treninq keçirilib

2025:05:06 - 15:00
in SOSİAL
A A
Bu gün Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərin jurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak edib.Bildirilib ki, informasiya texnologiyaların sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.Treninq müxtəlif formatlarda – brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunaraq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib. Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb.Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş şəkildə müzakirə olunub.Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı keçirilib. Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılan məlumat verməsinə kömək məqsədi daşıyır.Sosial media və media savadlılığı mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.

Əvvəlki Yazı

Sabah 28 dərəcə isti olaca

Növbəti Yazı

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.