Fələstinin HƏMAS hərəkatı bəyan edib ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatını genişləndirməsi yəhudi dövlətinin hakimiyyət orqanlarının girovların həyatını qurban vermək qərarı deməkdir. Müvafiq bəyanat radikalların Telegram-kanalında dərc olunub.
“İsrail hökumətinin Qəzzada quru əməliyyatını genişləndirmək planlarını təsdiqləməsi Zolaqdakı girovların qurban verilməsi ilə bağlı açıq qərardır”, – bəyanatda deyilir. HƏMAS BMT və beynəlxalq ictimaiyyəti anklavda baş verənlərə görə “İsrail hakimiyyətinin hərəkətlərinə son qoymaq və onları məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görməyə” çağırıb.