Almaniya üçün Alternativ partiyasının həmsədri Elis Veydel Bundestaqda (parlament) mühafizəkarların lideri Fridrix Mersin kansler seçilməsi üçün keçirilən səsvermənin uğursuzluğundan sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyib.
Bundestaqda səsvermədən sonra jurnalistlərə Vaydel deyib: “Biz məsuliyyəti öz üzərimizə götürməyə və hökumətə rəhbərlik etməyə hazırıq. Biz yalnız ölkənin ağlabatan idarəçiliyinə çağıra bilərik. Merz dərhal kansler olmaqdan imtina etməli, ölkəmizdə yeni seçkilərə yol açılmalıdır”.
Almaniya üçün Alternativ (AfD) fevralın 23-də keçirilən seçkilərdə 20,6% səslə tarixi nəticə əldə edərək, Merzin başçılıq etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik blokundan sonra ikinci yeri tutub. Həmin gün, exit-pollların dərcindən dərhal sonra Veydel AfD-nin hökumətin qurulmasında iştirak etməyə hazır olduğunu açıqlayıb. O, CDU/CSU-ya solçu partiyalarla hökumət qurmağa qarşı xəbərdarlıq edərək, bu baş verərsə, “yeni seçkilərin hamının düşündüyündən daha tez gələcəyini” qeyd edib. (Tass)