İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putini Qələbənin 80-ci ildönümü münasibətilə ürəkdən təbrik edib. Telefon danışığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İran prezidenti həmçinin Vladimir Putini və bütün Rusiya vətəndaşlarını Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə ürəkdən təbrik edib”, – Kreml söhbətin məzmununu bildirir. (Tass)