Ermənistanda keçirilən sosioloji sorğu iştirakçılarının 60%-dən çoxu Ermənistan-Azərbaycan sülh danışıqları prosesində Rusiyanın vasitəçiliyindən imtinanı mənfi qiymətləndirir. Bunu Gallup International-ın təqdim etdiyi araşdırmanın nəticələri sübut edir.
“Gallup İnternational”ın Ermənistan nümayəndəliyinin rəhbəri, sosioloq Aram Navasardyanın sözlərinə görə, Ermənistan rəhbərliyinin Rusiyanın vasitəçilik yardımını qəbul etməməsinin Bakı ilə danışıqların gedişinə necə təsir etməsi ilə bağlı suala respondentlərin yalnız 10,7%-i belə bir qərarın nəticələrinin müsbət olduğunu bildirib.
“19,1% bunun “kifayət qədər müsbət” təsiri olduğunu, daha 24,5% – “kifayət qədər mənfi”, 36,1% – “tamamilə mənfi” olduğunu bildirib. Yəni 60%-dən çoxu Ermənistan hakimiyyətinin bu addımına mənfi münasibət bəsləyib. Eyni zamanda, daha 9,6% cavab verməkdə çətinlik çəkib”, – Navasardyan əlavə edib.
Sorğu aprelin 29-dan mayın 2-dək telefon müsahibəsi vasitəsilə aparılıb və 1100 nəfər iştirak edib. Səhv 3% -dir. (Tass )