Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Memorandum təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan Hökumətinə bildiriş göndərməlidir.