Avqust 12, 2025-23:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

20-dən artıq ölkədən məşhur ürək-damar cərrahları Bakıya toplaşır!

2025:05:06 - 17:52
in SOSİAL
A A

Məlum olduğu kimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 mayda “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi təşkil edəcək.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində 20 ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.

Konqresin proqramına əsasən, 16 mayda gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək. 17-18 mayda isə təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyalar keçirilməsi nəzərdə tutulub.

Konqres zamanı AÜDCC-nin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini Səhiyyə Nazirliyi Davamlı Tibbi Təhsil (DTT) verən tədbir kimi tanıyıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək. “Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Prezident yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” elmi jurnalında dərc ediləcək.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən hər 2 ildən bir Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.Report.

Əvvəlki Yazı

“Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda müzakirələr aparılıb

Növbəti Yazı

Parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksi ilə tanış olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.