Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Fridrix Merzə Almaniya Federativ Respublikasının kansleri təyin edilməsi haqqında şəhadətnaməni təqdim edib. Mərasim Phoenix telekanalı tərəfindən yayımlanıb.
Merz indi Bundestaqa (parlamentə) gedəcək və orada and içəcək. Eyni prosedur daha sonra onun kabinetinin nazirlərini də gözləyir.
Bundan əvvəl Almaniya parlamenti səsvermənin ikinci turunda Mersi Almaniyanın kansleri seçib. O, lazım olan 316 səslə 325 səs toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb. (Tass)