İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Yəmənin Səna hava limanı ərazisində Ənsar Allah hərəkatının husi üsyançılarının hədəflərinə bir saat ərzində əlli raket atıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Mayın 6-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə 50 sursatdan istifadə edərək husi terror rejiminə məxsus çoxsaylı hədəfləri vurub. Bu terrorçuların hədəfləri Sənanın əsas hava limanı və onun ətrafında yerləşirdi”, – məlumatda deyilir. Mətbuat xidməti əlavə edib ki, “qırıcılar 15 dəqiqə ərzində Sənanın əsas hava limanını bombalayıb, həmçinin husilərin terror məqsədləri üçün istifadə etdikləri əsas elektrik stansiyaları və beton zavodunu vurublar”. (Tass)