Silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu ələ keçirdiyi müəyyən olunub. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib.
Faktlarla bağlı araşdırma aparılır.