Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yeni dövlət standartı qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.