Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına hücum ediblər. Bu açıqlama ilə qiyamçıların təşkil etdiyi silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.
“Pilotsuz qüvvələr iki hərbi əməliyyat keçirib, birincisi zamanı iki pilotsuz uçan aparatdan istifadə edərək, Umm ər-Rəşrəş bölgəsində sionist düşmənə məxsus Ramon hava limanına hücum ediblər”, – o deyib. (Tass)