Rusiya və ABŞ-ın Suriyadakı siyasi nizamlanma ilə bağlı mövqeyi oxşardır. Bunu TASS-a müsahibəsində Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Nebenzya, “Bizim və ABŞ-ın Suriyadakı siyasi proseslə bağlı oxşar yanaşmalarımız var. Bu, BMT-nin dəstəyi və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında istisnasız olaraq bütün suriyalılar tərəfindən idarə edilməli və həyata keçirilməlidir”. “Biz ardıcıl surətdə Suriyada kürdlər, ələvilər, xristianlar və ya druzlar olan hər hansı bir etnik və ya dini icmanın marginallaşdırılmasının, habelə onların ölkədəki gələcək siyasi konfiqurasiya sxemlərindən kənarlaşdırılmasının yolverilməzliyini müdafiə edirik”.
Nebenzyanın sözlərinə görə, Rusiya və ABŞ “ölkədə ekstremist qüvvələrin gücləndirilməsinin və “yatmış” terror hüceyrələrinin dirçəldilməsinin və aktivləşdirilməsinin qəbuledilməz olması barədə yekdil fikirdədirlər”. “Eyni zamanda, həm biz, həm də amerikalılar Suriyanın hazırkı hakimiyyət orqanlarının sabitlik, dövlət hakimiyyətini gücləndirmək və inklüziv milli dialoqu təşviq etmək səylərini dəstəkləyirik. Xüsusilə, biz bunu aprelin sonunda Nyu-Yorkda görüş keçirdiyimiz Suriyanın xarici işlər naziri [keçid hökumətindəki] Əsəd əl-Şibaniyə bildirdik”, – daimi nümayəndə əlavə edib. (Tass)
