İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 106 nəfər həlak olub. Bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Agentliyin məlumatına görə, 367 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb. Çoxlarının dağıntılar altında qaldığı və təcili yardım briqadalarının hələ də onlara çata bilməyəcəyi qeyd edilir.
Nazirlik bildirib ki, İsrail bölgədə döyüşləri bərpa etdikdən sonra 2651 nəfər ölüb, daha 7223 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin qızışmasından sonra ölənlərin sayı 52 700-ü keçib, 119 264 nəfər yaralanıb. (Tass)
