Rusiya Pakistan və Hindistan arasında mövcud böhranda vasitəçilik etmək üçün unikal mövqedədir. Bunu TASS agentliyinə müsahibəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
“Rusiya Pakistanın yaxşı dostudur. Münasibətlərimiz qarşılıqlı etimad əsasında inkişaf edir. Eyni zamanda, Moskva Hindistanla sıx əlaqələr saxlayır ki, bu da onu vasitəçilik rolu üçün xüsusi mövqeyə qoyur”, – diplomat qeyd edib.
Əhməd xatırladıb ki, 2019-cu ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov vasitəçilik xidmətləri təklif edib. “Pakistan təklifi alqışladı, lakin Hindistan bunu rədd edib.
Daimi nümayəndə Hindistanın mövqeyini tənqid edib. “Bir tərəfdən, onlar Pakistanla ikitərəfli dialoqu dayandırıblar. Digər tərəfdən, BMT də daxil olmaqla istənilən vasitəçilik cəhdlərini rədd edirlər”, – daimi nümayəndə bildirib. (Tass)