Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) ABŞ və Rusiyanın guya Avropa bazarlarına Rusiya qazının tədarükünün artırılması imkanını müzakirə etdiyinə dair iddiaları rədd edir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
O, mənbələrə istinadən iddia edir ki, iki ölkənin nümayəndələri guya “ABŞ-ın Rusiya qazının Avropaya tədarükünün canlanmasına necə kömək edə biləcəyi ilə bağlı müzakirələr aparırlar”. Reuters mənbələri hesab edir ki, Moskvanın Avropa qaz bazarında “rolunun yenilənməsi” Ukrayna nizamlanması üzrə “sülh sazişinin möhkəmlənməsinə kömək edə bilər”. Eyni zamanda, agentliyin qiymətləndirməsinə görə, vasitəçi rolu “Vaşinqton üçün faydalı olardı” və guya ona Rusiya qazının tədarükünə “müəyyən nəzarət əldə etməyə” imkan verəcək.
Reuters iddia edir ki, bu məsələnin müzakirəsini ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna nizamlanması üzrə danışıqlar çərçivəsində aparır. Eyni zamanda, Rusiya Birbaşa İnvestisiya Fondu agentliyə bildirib ki, “hazırda belə müzakirələr aparılmır”. (Tass)