Qələbə paradında iştirak etmək üçün Moskvaya gələn Hindistanın müdafiə məsələləri üzrə dövlət naziri Sanjay Set Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə görüşüb. Tərəflər müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
“Bu görüşdə Rusiyanın Hindistanın transsərhəd terrorizminə qarşı mübarizəsində göstərdiyi dəstəyə görə Rusiya Federasiyası hökumətinə və xalqına minnətdarlıq ifadə olunub. Çoxşaxəli hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri üzrə də müsbət müzakirələr aparılıb”, – o deyib.
“Görüşdə biz mövcud institusional mexanizmlər çərçivəsində bu münasibətləri daha da dərinləşdirmək barədə razılığa gəldik. Hindistan və Rusiya gələcəkdə dəyişən situasiyada müntəzəm məsləhətləşmələr aparmağa və qarşılıqlı əməkdaşlığı gücləndirməyə davam edəcəklər”, – dövlət naziri əlavə edib.(Tass)
