ABŞ administrasiyası Hindistan və Pakistan arasında mövcud böhranı nüvə müharibəsi təhlükəsi hesab etmir. Vitse-prezident J.D.Vens bunu Fox News-a müsahibəsində deyib.
“Əlbəttə ki, biz vəziyyətdən narahatıq, lakin Hindistan və Pakistan liderlərinin diplomatiya və ehtiyatlılığının vəzifəsi nüvə müharibəsinin qarşısını almaqdır. Əgər bu baş verərsə, nəticələr fəlakətli olacaq. Lakin indiki məqamda bunun baş verəcəyinə inanmırıq”, – Vans deyib. (Tass)