İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında tanklardan istifadə etməklə gecə saatlarında hədəfli reyd keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə ərzində İDF döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında tanklardan istifadə etməklə hədəfli reyd keçirib. Reydin sonunda əsgərlər ərazini tərk ediblər”, – hərbi bəyanatda deyilir.
İsrail ordusu həmçinin gecə ərzində Həmas yaraqlılarına, onların infrastrukturuna və Qəzza zolağının şimalında tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib.