Hindistanın Xarici İşlər Naziri Vikram Misri brifinqdə bildirib ki, Pakistan Hindistan şəhərlərini və mülki infrastrukturu hədəf alaraq gərginliyi artırır.
“Dünən gecə Pakistanın təxribat xarakterli hərəkətləri və eskalasiyası Hindistan şəhərlərini, mülki infrastrukturu və bəzi hərbi obyektləri hədəf alıb. Hindistan silahlı qüvvələri mütənasib, adekvat və məsuliyyətli şəkildə cavab verib”.
Eyni zamanda, hindli diplomatın sözlərinə görə, Pakistan hakimiyyəti bu hücumları “rəsmi və açıq şəkildə inkar edir”. Misri deyib ki, Pakistan ordusu dini obyektləri hədəfə alıb və mayın 7-də Poonçda məktəbə hücum edib, iki uşağı öldürüb.
Bundan əvvəl Hindistan ordusu Pakistanla sərhəddə çoxsaylı insidentlər barədə məlumat vermişdi.