Hindistan Pakistanla atəşkəs və hərbi əməliyyatları təsdiqləyib. Bu barədə jurnalistlərə Hindistan mənbələri məlumat verib.
“Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb” deyiblər.
Mənbələr bildiriblər ki, Pakistanın yüksək rütbəli hərbi rəsmiləri günortadan sonra telefon danışığına başlayıb və bu, müzakirələrə və anlaşmaya səbəb olub. “Başqa yerdə hər hansı başqa məsələ ilə bağlı danışıqlar aparmaq qərarı yoxdur”, – deyə mənbələr əlavə ediblər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanın ABŞ vasitəçiliyi ilə tam və dərhal atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı. (Tass)