Ukrayna mayın 12-dən atəşkəs gözləyir və mayın 15-də Türkiyədə Rusiya ilə danışıqlara başlamağa hazırdır.Vladimir Zelenski bu barədə öz Telegram kanalında bildirib.
“Biz sabah atəşkəs gözləyirik – tam və davamlı, diplomatiya üçün lazımi baza təmin etmək üçün”, – o yazıb. “Və mən [Rusiya prezidenti Vladimir] Putini cümə axşamı Türkiyədə gözləyəcəm”.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın Ukraynanı Rusiya lideri Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılaşmağa çağırmasından sonra gəlib. Əvvəllər Zelenski Moskva ilə danışıqları 30 günlük atəşkəs rejiminin tətbiqi ilə şərtləndirmişdi. (Tass)