Avstriya Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilməyə hazırdır.
Bu barədə ölkənin kansleri Kristian Ştoker Euractiv portalına müsahibəsində bildirib.
“Vyana gələcəkdə beynəlxalq məsələlərin müzakirəsi üçün yaxşı platforma olaraq qalır. Ukraynada müharibə ilə bağlı belə bir ehtimal var”, – siyasətçi deyib.
Ştoker əlavə edib ki, Avstriya neytral dövlət olaraq qalacaq və NATO-ya daxil olmağı planlaşdırmır. (Tass)