Çin Ukraynada sülhün bərqərar olmasına yönəlmiş istənilən səyləri dəstəkləyir və mövcud böhranın uzunmüddətli və ədalətli siyasi həllinə ümid edir. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə danışıqlar təklifini şərh edərkən deyib.
“Çin sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, bütün maraqlı tərəflər dialoq və danışıqlar yolu ilə ədalətli, davamlı və effektiv siyasi nizamlanmaya nail olmaq üçün səylərini davam etdirəcəklər”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. (Tass)