İyun 20, 2025-11:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın Əməkdar artisti Türkiyədəki fəlakət zonasında konsert verib

2025:05:12 - 15:00
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadə “Yeddi gözəl” musiqi qrupu ilə birlikdə 2023-cü ilin fevralında baş verən zəlzələlərdən ən çox zərər çəkən Türkiyənin Hatay vilayətində çıxış edib.

AZƏRTAC xəbər verir ki, T.Manafzadənin iştirakı ilə konsert proqramı Antakya rayonundakı “EXPO Kesicik” qədim amfiteatrının ərazisində olub.

Azərbaycanın Əməkdar artisti konsertdən əvvəl Türkiyədə baş verən zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Genişmiqyaslı təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyi vilayətin sakinləri T.Manafzadəyə mənəvi dəstəyə görə təşəkkür edib, onun çıxışını sürəkli alqışlarla qarşılayıblar.

Turan Manafzadə təbii fəlakət bölgəsinə səfəri çərçivəsində Hatayın Payas rayon Təbiət Elmləri Liseyində də olub. Azərbaycanın Əməkdar artisti bu liseyin musiqi sinfini lazım olan ləvazimatla, o cümlədən musiqi alətləri ilə təmin edib.

Əməkdar artist “Yeddi gözəl” musiqi qrupunun üzvləri ilə birlikdə onun adını daşıyan sinif otağının açılışında da iştirak edib.

Liseyin şagird və müəllim kollektivi qarşısında çıxış edən Əməkdar artist musiqi sinfinin açılması ilə təbii fəlakət zonasının sakinlərinin gənc nəslinin arzularının gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.

Sinif otağının açılışında Payas rayon icra hakimiyyətinin başçısı Kürşat Karaca və Hatay şəhər bələdiyyəsi baş katibinin müavini Ahmet Keskin iştirak ediblər.

Əvvəlki Yazı

Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq

Növbəti Yazı

Szijarto: Ukrayna Macarıstana qarşı genişmiqyaslı qarayaxma kampaniyasına başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.