Almaniya hökuməti avropalı tərəfdaşları ilə razılaşdıraraq, bazar ertəsi, mayın 12-nə kimi Ukraynada atəşkəs əldə olunmasa, Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq.Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə bildirib.
“Saat işləyir, günün sonuna 12 saat qalıb. Əgər o vaxta qədər atəşkəs əldə olunmasa, Avropa tərəfi sanksiyalara hazırlaşmağa [başlayacaq]”, – Almaniya hökumətinin sözçüsü bildirib. Bu, “bu gün bitdikdən sonra avropalılar sanksiyalar hazırlamağa başlayacaqlarmı” sualına Kornelius müsbət cavab verib.
“Məhz belə. Bu gün başa çatdıqdan sonra siyasi məsləhətçilər səviyyəsində sanksiya tədbirlərinin hazırlanmasına başlanılacaq. Paralel olaraq Brüsseldə 17-ci sanksiya paketini hazırlayırıq. Bu hazırlıq [İstanbulda] danışıqlara paralel aparılır”, – Almaniya Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
Mayın 10-da Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, eləcə də Böyük Britaniya və Polşanın baş nazirləri Key Starmer və Donald Tusk Kiyevə səfər ediblər və burada Ukrayna tərəfi ilə danışıqlar zamanı mayın 12-dən 30 günlük atəşkəs təklif ediblər. (Tass)