İyun 18, 2025-9:13
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Əkin məqsədilə ölkəyə gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edildi

İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri, gömrük rüsumundan azad olunub.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.