Tayvan Ukraynada Litva-İslandiyanın rəhbərlik etdiyi beynəlxalq minatəmizləmə koalisiyasının maliyyələşdirilməsinə qoşulacaq və 1,8 milyon avro yardım edəcək. Bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Litva Vilnüsdəki missiyası ilə təmsil olunan Tayvanın bu mühüm humanitar təşəbbüsə maliyyə dəstəyi vermək istəyini yüksək qiymətləndirir. Partlamamış hərbi sursatların zərərsizləşdirilməsi Ukraynanın mülki həyatının təhlükəsizliyi və iqtisadiyyatın bərpası üçün ən aktual problemlərdən biridir”, – bəyanatda deyilir.
Bu məlumat Tayvan administrasiyasının keçmiş rəhbəri Tsay İnq-venin Vilnüsdə qalması fonunda ortaya çıxıb. (Tass)