Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb.
R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.