Avropa İttifaqı (Aİ) çox vaxt ABŞ-la Çindən daha pis davranır. Bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ və Aİ arasında ticarət əlaqələrini şərh edərkən deyib.
Vaşinqton administrasiyasının rəhbəri deyib: “Avropa İttifaqı bir çox cəhətdən Çindən daha murdardır”.
Eyni zamanda o, Aİ-dən ticarətlə bağlı əhəmiyyətli güzəştlər alacağına söz verib. “Biz onlarla yeni başlayırıq. Onlar [ABŞ-dan idxala maneələri] əhəmiyyətli dərəcədə azaldacaqlar. Görəcəksiniz”, – prezident deyib. “Bizim bütün kartları saxlayırıq. Onlar bizimlə çox ədalətsiz davrandılar”, – Tramp iddia edib. Bununla bağlı o, xüsusilə Aİ-dən ABŞ-a avtomobil və kənd təsərrüfatı məhsullarının tədarükünü qeyd edib. (Tass)