İyun 19, 2025-22:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgidə və yarmarkalarda iştirakına dəstək göstərib

2025:05:13 - 12:17
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən 1 500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına dəstək göstərib.

“Report” xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda işə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır: “KOBİA bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Bunun davamı olaraq KOBİA mikro, kiçik və orta sahibkarların bugünkü sərgilərdə iştirakına dəstək göstərir”.

Sədr vurğulayıb ki, agentliyin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 9 KOB subyekti onlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini təqdim edirlər:” Stendimizdə mikro, kiçik və orta sahibkarlar tərəfindən istehsal olunmuş müxtəlif turşular, əzmələr, donmuş meyvə püreləri, siroplar, suxarilər, peçenyelər, təbii sirkələr, kərə yağları, şərablar, ballar, toxumlar və göbrələr, suvarma sistemləri və avadanlıqları və s. nümayiş olunur”.

Əvvəlki Yazı

Samir Rzayev: “Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq”

Növbəti Yazı

Prezidentin Qarabağa səfərləri Böyük Qayıdışı sürətləndirir, qəlblərdə sevinc, fərəh hissi yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.