İyun 17, 2025-22:35
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan ediləcək

Otuza yaxın məktəbdə sıxlıq müşahidə edilir və o məktəblərdə qəbul ilkin olaraq prioritet əsaslı aparılır.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək”.

Agentlik sədri qeyd edib ki, bu il ilk dəfə olaraq Rus bölməsi üzrə müsahibə mərhələsində şagirdlərin nəticələri günün sonunda elan edilir.

Qeyd edək ki, 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-inə kimi davam edəcək.