İyun 18, 2025-21:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Agentlik direktoru: Artıq 102 min uşaq birinci sinfə qəbul olunub

2025:05:13 - 14:00
in SOSİAL
A A

2025–2026-ci tədris ili üçün mayın 1-dən başlanan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhisl üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib. Direktor bildirib ki, artıq mayın 12-dən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-dək davam edəcək.

“Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir”, – deyə Eşqi Bağırov bildirib.

Əvvəlki Yazı

Peskov: Rusiya İstanbulda danışıqlara hazırlaşmağa davam edir

Növbəti Yazı

HƏMAS girovları hərbi təzyiqə deyil, danışıqlara görə azad edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.