2025-ci il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin iyunun 18-dən 25-dək keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Direktor deyib: “Sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetlərinə sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkanla bağlı məlumatın göndərilməsi planlaşdırılır”.