Fələstinin Həmas hərəkatı Qəzza zolağından İsrail və ABŞ vətəndaşlığına malik olan girovun azad edilməsinin İsrailin hərbi təzyiqi deyil, danışıqların nəticəsi olduğunu bildirib. Müvafiq bəyanat radikalların Telegram-kanalında dərc olunub.
“İdan Aleksandrın geri qaytarılması İsrailin təcavüzü və hərbi təzyiqi nəticəsində deyil, Amerika administrasiyası ilə ciddi danışıqlar və vasitəçilərin səyləri nəticəsində mümkün olub”, – deyə məlumatda bildirilir. HƏMAS vurğulayıb ki, “İsrailli girovları fələstinli məhbuslarla mübadilə etmək və hərbi əməliyyatları dayandırmaq üçün razılaşma yalnız diplomatik yollarla bağlana bilər”.
Bir gün əvvəl radikallar İdan Aleksandrı Qəzzanın cənubundakı Xan Yunis şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil veriblər. Bundan sonra həkimlər girovu İsrail ərazisinə aparıb, o, ailə üzvləri və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb.
İsrail tərəfinin son məlumatına görə, HƏMAS və müttəfiqləri Qəzza zolağında 58 nəfəri, o cümlədən yaxın qohumları Rusiya vətəndaşlığı olan Donbaslı Maksim Xarkinni girov saxlamağa davam edir. (Tass)