Hindistan Pakistanın Yeni Dehlidəki səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətə görə persona non qrata elan edib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.
“Hindistan hökuməti Pakistanın Yeni Dehlidəki səfirliyinə göndərilən bir Pakistan məmurunu Hindistandakı rəsmi statusuna uyğun gəlməyən fəaliyyətlərlə məşğul olduğu üçün persona non qrata elan edib”, – Hindistan Xarici İşlər Nazirliyi bildirib.
Sözügedən məmurun mövqeyi açıqlanmır. Ona 24 saat ərzində Hindistanı tərk etmək əmri verilib. Pakistan səfirliyinin müvəqqəti işlər vəkili bu gün müvafiq demarş qəbul edib, Hindistan Xarici İşlər Nazirliyi aydınlaşdırıb.(Tass)