BMT ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri ləğv etmək niyyətini açıqlamasını alqışlayır. Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə TASS müxbirinin sualını cavablandırarkən bildirib.
“Biz bu qərarı alqışlayırıq” deyib.
Düjarrik qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılması ölkənin iqtisadiyyatının bərpasına müsbət təsir göstərəcək. (Tass)