Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına yeni zərbə endiriblər. Müvafiq mesaj üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında dərc olunub.
Mətnə görə, bu, son 24 saat ərzində bu hava limanına hərəkat tərəfdarları tərəfindən atılan üçüncü raketdir. (TASS)