İyun 21, 2025-0:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Unudulmaqda olan türk sənət növləri yenidən gündəmə gəlir – ADPU-da seminar

2025:05:14 - 13:46
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Unudulmaqda olan türk sənətlərinin dünyaya tanıdılması” mövzusunda elmi-mədəni seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminar Türk dünyasının ortaq tarixi, memarlıq və sənət irsini tanıtmaq, unudulmaqda olan türk sənətlərini – o cümlədən ebru, təzhib və kilimçilik kimi sənət növlərini yenidən gündəmə gətirmək, tələbələrdə milli-mədəni dəyərlərə maraq oyatmaq və bu sahədə fəallığa təşviq etmək məqsədi daşıyıb.

Əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Gülnar Ələkbərovanın iştirakı ilə Turan Elçiləri Təşkilatı (TET) Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Cəlal Öztəmiz, təşkilatın rəhbər müavini İmran Öyüdverən, TET Türk Dünyası Sənət Şurasının rəhbəri Bəhiyə Yılmaz və şuranın üzvü, TET Türk Dünyası Akademiyası İdarə Heyətinin üzvü Danişmənd Hüseyn Şahinlə görüş keçirilib.

Görüş zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri, ortaq mədəni və tarixi bağlar, eləcə də bu kimi birgə elmi-mədəni layihələrin əhəmiyyəti müzakirə olunub. Qonaqlar Azərbaycan universitetlərində türk sənət irsinə göstərilən diqqət və marağı yüksək qiymətləndirib, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.

Sonra elmi-mədəni seminar təşkil olunub. Seminarda Danişmənd Hüseyn Şahin “Danişməndli dövlətində memarlıq və sənət” mövzusunda geniş təqdimatla çıxış edib.

Bəhiyə Yılmaz “Unudulmaqda olan türk sənətləri: ebru, təzhib və türk kilimləri” mövzusunda məruzə ilə çıxış edərək bu sənət növlərinin tarixi, estetik dəyərləri və bu günümüz üçün əhəmiyyəti barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində Bəhiyə Yılmaz tələbələr üçün ebru sənətinə dair praktiki məşğələ təşkil edib. Məşğələdə tələbələr əyani şəkildə ebru sənətinin incəliklərini öyrəniblər.

Əvvəlki Yazı

“Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

Növbəti Yazı

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.